Event Banner

TƏBİB-də ƏMƏKDAŞLIQ GÖRÜŞÜ

  • Tarix

    10 September, 2025

  • Tədbirin keçirildiyi məkan

    TƏBİB

  • Sektor

    Səhiyyə

  • Auditoriya

    Tibbdə Texnoloji Həllər

TƏBİB-də Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səhiyyə texnologiyaları şirkəti ilə ƏMƏKDAŞLIQ GÖRÜŞÜ

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə TƏBİB nümayəndə heyəti, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səhiyyə texnologiyaları şirkəti olan M42 və Azərbaycanın qabaqcıl texnologiya şirkəti “Proxima Tech Solutions” MMC-nin nümayəndələri arasında görüş keçirilib.

Ajans.az xəbər verir ki, görüşün əsas məqsədi süni intellekt və rəqəmsal sağlamlıq texnologiyalarının tətbiqi, səhiyyə sisteminin rəqəmsallaşdırılması və beynəlxalq təcrübə mübadiləsi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüşdə təqdimatla çıxış edən şirkət nümayəndələri bildirib ki, M42 şirkəti, “G42 Healthcare” və “Mubadala Health”-in birləşməsi nəticəsində yaranmış, Əbu-Dabidə yerləşən qlobal səhiyyə texnologiyaları şirkətidir. Şirkət, 26 ölkədə 480-dən çox səhiyyə müəssisəsini əhatə edən geniş şəbəkəyə malikdir və süni intellekt, genomika və rəqəmsal sağlamlıq sahələrində qabaqcıl həllər təqdim edir. M42-nin əsas layihələrindən biri olan Malaffi, Əbu-Dabi əmirliyində ictimai və özəl səhiyyə təminatçılarını təhlükəsiz və effektiv şəkildə birləşdirən regionun ilk Sağlamlıq Məlumatlarının Mübadiləsi (HIE) platformasıdır.
“Proxima Tech Solutions” MMC isə süni intellekt, kiber təhlükəsizlik, İT infrastrukturlarının qurulması və idarə olunması, proqram təminatı və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən qabaqcıl texnologiya şirkətidir. Şirkət, müxtəlif sənaye sahələrində rəqəmsal həllər təqdim edərək, müştərilərinin biznes proseslərini optimallaşdırmağa kömək edir.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən rəqəmsal səhiyyə layihələrinin həyata keçirilməsi, məlumat mübadiləsi platformalarının yaradılması və süni intellekt əsaslı tibbi həllərin tətbiqi məsələləri müzakirə olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, TƏBİB, ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük önəm verir. “Bu görüş, Azərbaycanın səhiyyə sistemində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm addım hesab olunur. Biz xəstəxana və səhiyyə idarəedilməsində süni intellekt imkanlarını nəzərdən keçiririk. Bu istiqamətdə əməkdaşlığın faydalı olacağına inanıram”.

İştirakçılar

💬
Dəstək Çatı ×
Salam! Bu gün sizə necə kömək edə bilərik?