Event Banner

Tahir Gözel participated in partnership talks in the digital sector in Zambia

  • ZAMAN VƏ TARİX

    12 May, 2025 | 16:00 -17:00

Event Image

Tədbir Haqqında

8–12 May tarixlərində iş adamı Tahir Gözel Zambiyanın paytaxtı Lusakada AfCFTA Baş Katibi Wamkele Mene’nin dəvəti ilə keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak etmişdir.

Tahir Gözel çıxışına Azərbaycanın dövlətçilik ənənələrinin və sosial-iqtisadi inkişafının möhkəmləndirilməsində milli lider Heydər Əliyevin rolunu vurğulayaraq başlamış, sonra Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nailiyyətlərini, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırmışdır.”

Azərbaycanın Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə verə biləcəyi töhfələrə toxunan Tahir Gözel “ASAN Xidmət” modelinin uğurlarını, Kosmik Agentliyin (“Azərkosmos”) texnoloji həllərini və Gözel tərəfindən qurulan “Proxima Tech Solutions” şirkətinin nailiyyətlərini təqdim etmiş, bu sahədə dəstək göstərməyə hazır olduqlarını vurğulamışdır. O, Afrika ölkələrinin nümayəndə heyətlərini texnoloji potensial ilə tanış olmaq üçün Azərbaycana dəvət edərək tərəfdaşlığın genişləndirilməsi imkanlarını təqdim etmişdir. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və nüfuzlu CNBC televiziya kanalı tərəfindən geniş yayımlanmışdır.

Səfəri zamanı Tahir Gözel bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak etmiş, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati və Ruandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirmişdir.

Görüşlərdə Tahir Gözel Azərbaycanın rəqəmsal sahədəki nailiyyətləri, o cümlədən rəqəmsal xidmətlərin ixrac potensialı barədə ətraflı məlumat vermişdir. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions” tərəfindən təqdim olunan qabaqcıl texnoloji həllər vurğulanmışdır. O, həmçinin Afrika ölkələri ilə e-hökumət platformalarının qurulması, kiber təhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahələrində əməkdaşlıq imkanlarını təqdim etmişdir.

Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati Azərbaycanın texnoloji inkişafını yaxından müşahidə etmək üçün səfər etməyi planlaşdırdığını açıqlamışdır. Ruandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi Prezident Paul Kagame-in rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edərək Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə tanış olmaq istədiyini ifadə etmişdir. Ətraflı məlumat aldıqdan sonra nazirlər Azərbaycanın nailiyyətlərinə hörmətlərini ifadə etmiş və tərəfdaşlığa açıq olduqlarını vurğulamışlar.

Bu görüşlər Afrika və Azərbaycan arasında rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm addım hesab olunur.

💬
Dəstək Çatı ×
Salam! Bu gün sizə necə kömək edə bilərik?