Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) Mühəndisi
İş növü: Tam ştat
Vəzifə Haqqında
Komandamıza qoşulmaq üçün yüksək motivasiyalı və çalışqan SOC mühəndisi axtarışındayıq. SOC mühəndisi əsasən SOC alətlərinin, xüsusilə SIEM, SOAR, EDR/XDR sistemlərinin tətbiqi, saxlanılması və optimallaşdırılmasına cavabdeh olacaqdır. Bu vəzifə SOC alətləri, sistem inteqrasiyası, avtomatlaşdırma və təhlükəsizlik əməliyyatları infrastrukturunun təkmilləşdirilməsi sahəsində dərin texniki bilik tələb edir.
Əsas Vəzifələr:
- SOC alətlərini, o cümlədən SIEM platformalarını və SOAR sistemlərini (Splunk Phantom, Palo Alto Cortex XSOAR, IBM QRadar SOAR və s.) tətbiq etmək, konfiqurasiya etmək və idarə etmək.
- Təhlükəsizlik platformalarının effektivliyini artırmaq və yanlış müsbət (false positive) nəticələri azaltmaq üçün xəbərdarlıq qaydalarını, korrelyasiya məntiqini və avtomatlaşdırılmış cavab playbooklarını inkişaf etdirmək.
- SOC texnologiyalarının yüksək əlçatanlıq, etibarlılıq və optimal performansını təmin etmək.
- SOC analitikləri və insidentlərə cavab komandaları ilə sıx əməkdaşlıq edərək alətlərin optimallaşdırılması və inkişaf etdirilməsi.
- Təhlükəsizlik platformalarının vəziyyətini yoxlamaq, performans qiymətləndirmələri və yeniləmələri aparmaq.
- Təhlükəsizlik əməliyyatlarını avtomatlaşdırmaq üçün Python, PowerShell və ya Bash ilə skriptlər və xüsusi avtomatlaşdırma həlləri yaratmaq.
- Təhlükəsizlik hadisələri zamanı SOAR əsaslı avtomatlaşdırma və inteqrasiya vasitəsilə insidentlərin sürətli cavablandırılması və aradan qaldırılmasını dəstəkləmək.
- Prosedurlar, konfiqurasiyalar və əməliyyat sənədləşmələri hazırlanmasında, yenilənməsində və tətbiqində komanda yoldaşlarına dəstək olmaq.
- Daxili və xarici tərəfdaşlarla əlaqəli əməkdaşlıq qurmaq, təhlükəsizlik tədbirlərinin təşkilatda tətbiqi və idarə olunmasını təmin etmək.
Göstərilən işlər həm şirkəti həm də müştəriləri əhatə edir.
Tələblər:
- İnformasiya təhlükəsizliyi, Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi və ya ekvivalent iş təcrübəsi.
- Ən az 3-5 il SOC mühəndisi və ya bənzər vəzifədə iş təcrübəsi.
- Splunk Phantom, Palo Alto Cortex XSOAR, IBM QRadar SOAR və bənzər SIEM/SOAR platformaları ilə geniş təcrübə. Bu alətlər üzrə sertifikatların olması üstünlükdür.
- Firewall, IDS/IPS, EDR/XDR və s. kimi təhlükəsizlik texnologiyalarını dərindən anlamaq.
- Avtomatlaşdırma və skript yazmaq üzrə biliklər (Python, PowerShell və ya Bash).
- MITRE ATT&CK, NIST Cybersecurity Framework, CIS Controls və ISO 27001 kimi təhlükəsizlik standartları və çərçivələri ilə tanışlıq.
- CompTIA Security+, CySa+, CASP+ CEH və s. əlaqədar sertifikatların olması üstünlükdür.
- Alət inteqrasiyası, performans tənzimlənməsi və infrastruktur problemlərinin həlli üzrə analitik bacarıqlar.
- Texniki və qeyri-texniki komandalara mürəkkəb təhlükəsizlik məsələlərini aydın şəkildə çatdırmaq bacarığı.
- Dil bilikləri: Azərbaycan (məcburi), İngilis (məcburi), Rus (arzuolunan).
Təcrübəsi 3 ildən az olan namizədlər müsabiqəyə buraxılmır.