30 Avqust, 2025

IT-də ən böyük problem: texnologiya yox, insan faktoru

Texnologiya hər gün inkişaf edir. Süni intellekt, avtomatlaşdırma, bulud həlləri, DevOps alətləri… Hamısı işimizi daha səmərəli etmək üçün nəzərdə tutulub. Amma paradoks budur ki, ən böyük problemlərimizi texnologiya yox, insan faktoru yaradır.

Çox vaxt IT-də yaşanan çətinliklərin kökü bu sahələrdədir:

  • Proseslərin olmaması və ya düzgün işləməməsi – Yaxşı alətlər olsa da, proseslər zəifdirsə, nəticə xaos olur.
  • Mədəniyyət problemi – “Bu mənim işim deyil” yanaşması hələ də bir çox komandada var. Halbuki IT xidmətlərinin uğuru komanda işindən keçir.
  • Əlaqə çatışmazlığı – Texniki əməkdaşlar ilə biznes tərəfi bir-birini “başqa dildə danışan” iki dünya kimi görür.
  • Dəyişiklik qorxusu – Yeni sistemlər tətbiq olunur, amma insanlar öyrənməyə və uyğunlaşmağa müqavimət göstərirlər.

Real nümunə

Bir şirkətdə müştəri sistemləri 2 saatlıq kəsinti yaşadı. İlk baxışda səbəb server problemi idi. Amma daha dərindən araşdıranda ortaya çıxdı ki:

  • Serverdəki xətanı monitorinq sistemi vaxtında xəbər verib,
  • Lakin dəstək qrupuna bu məlumat düzgün ötürülməyib,
  • Komandalar arasında “bu sənin işindir, mənlik deyil” yanaşması yaranıb,
  • Nəticədə problem həll olunmaq əvəzinə saatlarla uzanıb.

Yəni problemi yaradan texnologiya deyil, proses və insan faktoru idi.

Əslində IT uğurunun formulu sadədir:

Texnologiya + Proses + İnsan mədəniyyəti = Davamlı uğur

Texnologiyanı almaq olar, prosesi qurmaq olar. Amma insanlarda düzgün düşüncə tərzi və əməkdaşlıq mədəniyyəti yaratmaq – ən çətin, eyni zamanda ən vacib addımdır.

Bəlkə də sual budur: “Şirkətlər yeni texnologiyaya yatırım etməzdən əvvəl insan və proses mədəniyyətinə kifayət qədər yatırım edirmi?”

💬
Dəstək Çatı ×
Salam! Bu gün sizə necə kömək edə bilərik?